“Azərişıq” əməkdaşlarının iş şəraiti yaxşılaşdırılır
21 sentyabr 2015 13:00 (UTC +04:00)

“Azərişıq” əməkdaşlarının iş şəraiti yaxşılaşdırılır

0

Enerji təchizatında uğurlu nəticələr əldə edən “Azərişıq” ASC yerlərdə əməkdaşlarının keyfiyyətli xidmət göstərməsi üçün iş şəraitin yaxşılaşdırılması istiqamətində də ciddi tədbirlər görür.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ilk olaraq əmək fəaliyyətinin təhlükəsizliyi üçün işçilər uniformalarla təmin ediliblər. Onların fəaliyyət sahəsinə və qəza yerlərinə tez yetişmələri üçün 100-dən artıq Almaniya və Yaponiya istehsalı olan komfortlu avtomobillər RETSİ-lər üzrə paylanıb. İlin sonuna kimi bu avtomobillərin sayı 200-ə çatdırılacaq.

Bununla yanaşı 14 rayonda yeni ofislərin tikintisinə başlanılıb. Artıq onlardan yarısı başa çatdırılmaq üzrədir. Yeni ofislərdə işçilərin səmərəli fəaliyyəti üçün bütün texniki şərait yaradılır. İş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımı vəsaitlərlə təchiz edilib. İlin sonuna kimi 14 Rayonda yeni ofislərin hamısı tam tikilib istifadəyə veriləcək. Qarşıdakı illərdə isə bütün rayonlarda bu cür yeni tipli ofislər tikilərək əməkdaşların ixtiyarına veriləcək. Yeni ofislərdə Abonentlərə də öz müraciətləri üçün rahatlıqla xidmət göstəriləcək. Bu  ofislər əsasən eyni tipli olsa da bəzi regionlarda yerli memarlıq xüsusiyyəti də nəzərə alınacaq.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar