“Azərişıq” ASC-də toplantı  keçirilib
04 iyul 2015 16:07 (UTC +04:00)

“Azərişıq” ASC-də toplantı keçirilib

 “Azərişıq” ASC-nin sədri  Baba Rzayevin sədirliyi ilə  “Bakı-2015” I Avropa Oyunları və 2015-ci ilin I yarımilliyində görülən quruculuq işləri ilə əlaqədar Departament direktorları,İdarə və şöbə rəisləri,habelə Regional Enerji Təchizatı və Satışı İdarələri rəislərinin iştirakı ilə toplantı keçirilib. Lent.az-ın məluamtına görə, toplantıda bildirilib ki, beynəlxalq aləmdə böyük əks-səda doğuran və  yüksək səviyyədə reallaşan “Bakı-2015” I Avropa oyunlarının uğurla başa çatması  ilk növbədə prezident İlham Əliyevin və “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın yüksək təşkilatçılıq və gərgin əməklərinin nəticəsidir:

“Bu böyük zəfər bütövlükdə Azərbaycanın və bu işdə  əməyi olan hər bir kəsin qələbəsidir. Bu möhtəşəm qələbədən bütün xalqımız qürur duyur. I Avropa Oyunlarının uğurla keçirilməsində elektrik enerjisi təchizatının dayanıqlılığı  və yüksək keyfiyyətli təminatı da xüsusi əhəmiyyət kəsb etdi. Oyunların keçirildiyi dövrdə, möhtəşəm açılış və bağlanış mərasimləri zamanı  ”Azərişıq”ASC əməkdaşlarının I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOS) personalları  ilə birgə səmərəli fəaliyyəti nəticəsində idman tədbirləri keçiriləcəyi məkanların, bu tədbirlə bağlı sosial təyinatlı infrastrukturların, parkların, küçələrin, xüsusən də “Bakı Bulvarı”nın elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin olundu.  Bütün bunlar isə “Azərişıq” tərəfindən  qısa müddət  ərzində həyata keçirilən irimiqyaslı təxirəsalınmaz tədbirlərin və əməkdaşların  gərgin əməyi nəticəsində mümkün oldu. Azərişıq” ASC-nin kollektivi I Avropa Oyunlarını uğurla başa çatmasında öz iştirakından qürur duyur və daha böyük işlərin öhdəsindən gəlməyə hazırdır.”

Daha sonra sədr bildirib ki, bu uğurlar isə təkcə paytaxt Bakı ilə səciyyələnməyib. I Avropa Oyunlarının bir hissənin keçirildiyi Mingəçevir şəhərindəki idman obyektlərinin elektrik enerjisi təchizatı, habelə ölkəmizin ən ucqar nöqtələrində belə yaşayan vətəndaşlarımızın  idman oyunlarını  yüksək bayram əhval-ruhiyyəsi ilə izləmələri energetiklərimiz tərəfindən təmin edilib.

B. Rzayev 2015-ci ilin ötən 6 ayı ərzində görülən quruculuq işləri haqda da məlumat verib. O, çıxışında qeyd edəib ki, indi hər bir energetikimizin vəzifəsi prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıların keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Bunun üçün bütün regional idarələrin konkret iş planları var. Hər bir rayonda, şəhərdə, qəsəbədə və kənddə yenidənqurma işləri aparılır. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, müasir tipli  yarımstansiyalar və Komplekt Transformator Məntəqələri quraşdırılır. Cəmiyyətin sədri qarşıda duran vəzifələrdən də söz açıb. Toplantı iştirakçılarına ayrı-ayrılıqda öz tövsiyə və tapşırıqlarını verib.

Çıxış edən digər natiqlər də görülən işlər haqda hesabat verərək, tapşırıq və öhdəliklərini uğurla başa çatdıracaqlarına əminlik ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar