“ASAN xidmət”ə qəbulla bağlı test imtahanları başlayıb
16 sentyabr 2015 10:26 (UTC +04:00)

“ASAN xidmət”ə qəbulla bağlı test imtahanları başlayıb

0

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatına uyğun olan 11 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanları bu gün başlayıb.

 

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Lent.az-a verilən məlumata görə,  “ASAN xidmət” üzrə elan edilmiş müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 781 nəfər namizədlə 4 gün ərzində test imtahanları keçiriləcək.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) ətraflı tanış ola bilərlər.

Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdiriləcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar