<font color=red>&#174; </font>Norm Sement  ISO standartlarını tətbiq edir
13 may 2015 11:01 (UTC +04:00)

® Norm Sement ISO standartlarını tətbiq edir

Dünyanın ən aparıcı sertifikatlaşdırma orqanından olan  DNV GL Group  100-dən artıq ölkədə iqtisadiyyatın ən müxtəlif sahələri üzrə fəaliyyət göstərir. Bu qurum tərəfindən Norm şirkətində son altı ayda araşdırmalar, yoxlamalar aparılmış və qiymətləndirmənin nəticəsi olaraq şirkətə ISO  sertifikatları təqdim edilmişdir. Nəticə etibarilə müəssisədə keyfiyyətin sabitliyi, istismarın təhlükəsizliyi və etibarlığının təmin edildiyi, habelə təhlükəsizliyə və ətraf mühitə təsirlərin ciddi idarə olunduğu təsbit edilmişdir. Bundan əlavə, şirkət tərəfindən istehsalatda bədbəxt hadisələrin baş verməməsinin qarşısının alınması üçün çeşidli təlim və treninqlər, qabaqcıl təcrübə və nümunəvi davranış mübadiləsinin təşkil edildiyi qeyd olunmuşdur. Xüsusi təlimlərdə əməyin gigiyenası və təhlükəsizliyinə geniş yer ayrıldığı, baş verən qəzalar və təhlükəsizlik tədbirləri haqda bütün işçilərə mütəmadi olaraq məlumat kitabçalarının paylandığı nəzərə alınmışdır.  Qurumun müfəttişləri tərəfindən xüsusi vurğulanmışdır ki, müəssisədəki bütün istehsalat və kommersiya prosesləri tam uzlaşdırılır və fasiləsiz şəkildə həyata keçirilir. Hər bir mütəxəssisin fəaliyyət sahəsi dürüst müəyyən edilmiş, müəssisənin bütün fəaliyyət aspektləri optimallaşdırılmışdır. Müəssisədə təhlükəsiz və sağlam iş şəraitinin yaradılmasına önəm verildiyi də diqqətə alınmışdır. 
 
Cənubi Qafqazın ən böyük sement istehsalı müəssisəsi olan Norm Sement zavodunun tikintisi və istismarı zamanı bir dəfə də olsun bədbəxt hadisənin baş vermədiyi DNV GL Group tərəfindən yüksək qiymətləndirilmişdir. Nəticədə Norm Sement-ə keyfiyyətə nəzarət, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi üzrə ISO 9001, ISO 14001 və OHSAS 18001 sertifikatları təqdim edilmişdir. 
 
Bu standartlar müəssisədə keyfiyyətin idarə olunması sisteminin səmərəliliyinin, şirkətin etibarlılığının, daim inkişafda olduğunun və sosial məsuliyyətliliyinin göstəricisidir. Standartlar şirkətimizdə keyfiyyətin beynəlxalq səviyyədə idarə olunduğunu, əməyin və ətraf mühitin mühafizəsinə son dərəcə ciddi münasibətini və şirkətin mötəbərliyini təsdiq edir. İnanırıq ki, ISO standartların tətbiqi məhsulumuzun rəqabətədavamlığını daha da artıracaq və risklərin azaldılmasını təmin edəcəkdir.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar