Yaponiyanın avtomobil sənayesinin nəhəngləri olan Mazda, Honda, Mitsubishi və Subaru avtomobillərini manatla kreditə götürmək olar. Bu barədə brendlərin Azərbaycandakı rəsmi təmsilçisi məlumat yayıb. Şirkət müştərilərinə onlar üçün münasib olan valyutanı seçmək imkanı verdiyini bildirib. Avtomobillər manatla kreditə 50% ilkin ödəmə, 18% illik və 3 il müddətinə təqdim olunur.
Qeyd etmək yerinə düşər ki, distribüterin elan etdiyi “Yay fürsəti” kampaniyası çərçivəsində - mayın 1-dən iyunun 30-dək Mazda, Subaru, Honda və Mitsubishi avtomobillərini kreditlə alanlara 3 aylıq kredit məbləği hədiyyə edilir və avtomobil sahibi krediti 3 aydan sonra ödəməyə başlaya bilər.
Xatırladaq ki, rəsmi distribüter salonlarında Mitsubishi-nin Outlander, Pajero və Attrage, Subaru-nun Forester, XV və Legacy, Honda-nın City və CR-V, Mazda-nın Mazda 6, Mazda 3 və CX-5 kimi modellərinin 2015-ci il istehsalı təqdim edilir.