Bakıda fəaliyyət göstərən bəzi iri mağazalar şəbəkəsində eyni məhsullar istehlakçıya müxtəlif qiymətlərə təqdim olunmasına dair çoxlu rəsmi və qeyri-rəsmi, yəni jurnalist araşdırmaları nəticəsində üzə çıxarılan məlumatlar var.
Araşdırmalar əsasən yerli istehsal olan və daha çox gündəlik tələbat mallarına daxil məhsullarla bağlı aparılıb.
Mağazalarda istehlakçıya təqdim olunan malların qiymətinin formalaşmasında yanaşma müxtəlifdir. Mağaza rəhbərlərinin gətirdikləri arqumentlərdə bildirilir ki, bəzi distributorlar mağazanın rəflərini icarəyə götürərək öz məhsullarını satır. Başqa bir yanaşma ondan ibarətdir ki, distributor mağazaya konkret bir məhsulu endirimlə satır, mağaza isə həmin məhsulun üzərinə faiz gələrək istehlakçıya təklif edir.
“Fresco” marketlər şəbəkəsi rəhbərliyi istənilən halda qiymət artımlarının süni olduğunu, tənzimləmənin mümkün olduğunu bildirir.
Və xatırladır ki, bu barədə ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışında da qeyd olunub. Cənab prezident yerli istehsal olan məhsulların bahalaşmasının əsassız olduğunu söyləyib və həmin məhsulların bazar qiymətinin tənzimlənməsinin mümkünlüyünü qeyd edib.
Bir sözlə sahibkar devalivasiyanın yaratdığı problemi tamamilə alıcıların, vətəndaşların boynuna qoymamalıdır. “Fresco” marketlər şəbəkəsi bu günlərdə Azərbaycan prezidentinin çıxışından irəli gələn bütün tələblərə əməl edərək satışdakı zəruri ərzaq məhsullarının qiymətlərini təqdim edir.
“Fresco” marketləri necə yaranıb?
2010-cu ilin iyununda Avstriyanın EMSA Capital İnvestisiya Fondunun təşəbbüsü ilə Azeri Retail Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Daxili bazarda Azeri Retail Azərbaycan şirkəti “Fresco” brendi ilə təmsil olunur. Yaradıldığı ilk gündən “Fresco” supermarketlər şəbəkəsi Azərbaycan bazarına dünya keyfiyyət standartlarına uyğun, müasir texnologiyaların tətbiqi prinsipinə sadiqdir. Biz həm yerli, həm də xarici tədarükçülərlə işləyirik. Buna görə də, hər zaman alıcılarımıza ənənəvi və ya eksklüziv məhsullar almaq seçimi veririk. “Fresco” 20 000-dən artıq sayda mal çeşidinə malikdir. Mağazanın müxtəlif sektorlara bölünməsi alıcılara istədiyi malı asanlıqla əldə etməyə yardımçı olur. Onlar axtarışa artıq vaxt itirmir, nəzərdə tutulan sektorlardan iistədiyi məhsulu az zamanda əldə edə bilir. “Fresco” brendinin təkmilləşdirilməsi Istiqamətində peşəkar komanda çalışır. Biz həm də Azərbaycan istehlakçısına xidmət keyfiyyətinin artırılması, ticarət mədəniyyəti standartlarının formalaşdırılmasına xidmət edirik. Hər bir alıcıya rahatlıq və məmnuniyyətlə alış-veriş etmək imkanı yaratmaq üçün yorulmadan işləyirik. “Fresco” müasir Avropa standartlarından geri qalmayan ən yeni pərakəndəçilik texnologiyalarının tətbiqi ilə yaradılıb. Ən son avadanlıqlar məhsulların keyfiyyətli saxlanılmasına imkan verir. “Fresco” - “Təravətin ünvanı”dır!.. Bu təravət, böyük seçim, yaxşı qiymətlər və əlbəttə ki, yaxşı xidmətdir. Mağaza daxili zonalanmanın intuitiv anlaşılması, məhsulların merçandayzinqi alıcılara lazım olan məhsulları qısa müddətdə tapmağa şərait yaradır. Bütün mağazalardakı xoş abu-hava alıcılara alış-verişdən zövq almağa imkan bəxş edir. «Fresco»-nun əsas xüsusiyyətlərindən biri və hətta birincisi alıcılara geniş çeşiddə təzə malların təqdim olunmasıdır. «Fresco» ağız dadını bilənlərin ünvanıdır!.. Supermarketimizdə təzə meyvə-tərəvəz, ət və ət məhsulları, akvariumdan diri saxlanılan balıq çeşidləri, delikateslər, müxtəlif salatlar, müxtəlif şirniyyatlar təklif olunur. Mağazalarımız alıcılara ev və məişət üçün zəruri əşyalar da təqdim edir. «Fresco» - Azərbaycan bazarında tələbkar istehlakçı üçün əlçatan və keyfiyyətli brend kimi mövqe tutmuş supermarketlər şəbəkəsidir. Köhnə qiymət, səviyyəli xidmətlə, “Fresco” marketlərində yolunuzu gözləyirik!..
CALGON TOZ 0,55KQ |
3.43 |
ÇAY BERQA EARL GREY 0,225KQ |
3.37 |
ÇAY BETA EARL GREY 0,25KQ |
3.63 |
ƏRİDİLMİŞ YAĞ SUPER SUN 0,91KQ |
4.07 |
GÜNƏBAXAN YAĞI FİNAL 1L |
2.34 |
KƏRƏ YAĞI ANCHOR KQ |
9.30 |
KƏRƏ YAĞI BEST COW 0,2KQ |
2.34 |
KETÇUP CALVE ACILI 0,4KQ |
2.00 |
KOMPOT BİZİM TARLA FEYXOA 1L |
1.28 |
MAYONEZ MOSKOVSKİYSKİY PROVANSAL 0,85KQ |
3.43 |
QARABAŞAQ RICHMOND 0,8KQ |
1.55 |
QARĞIDALI YAĞI FINAL 1L |
3.09 |
QATILAŞDIRILMIŞ SÜD KMK 0,4KQ |
1.25 |
QƏND KƏLLƏ FİNAL 0,8KQ |
1.36 |
QUZU ƏTİ KQ |
9.35 |
ŞAMPUN ELİDOR 0,35L |
3.43 |
ŞAMPUN H&S TOTAL CARE 0,2L |
3.25 |
ŞƏKƏR TOZU KQ |
0.98 |
ŞƏKƏR TOZU RICHMOND 0,8KQ |
1.03 |
SÜD MİLLA 3,2% 1L |
1.33 |
SÜD PAL SÜD 3,4% 1L |
1.43 |
TƏMIZ.Q/Y BELLO LİMON 0,5L |
1.17 |
TƏMIZ.Q/Y FAIRY OXI ALMA 0,5L |
1.29 |
TOYUQ SƏBA KQ |
3.33 |
UN DOYMAK 1KQ |
1.17 |
UN OMAN 1KQ |
1.15 |
XAMA ROMAŞKA 25% 0,2KQ |
1.77 |
YOQURT ÇİYƏLƏKLİ RASTİŞKA DANONE 0,110KQ |
0.45 |
YUYUCU TOZ ARİEL LS 1,5KQ |
5.49 |
YUYUCU TOZ PERSİL COLOR PB 1,5KQ |
5.49 |