<font color=red>&#174; </font> İdeal mağazalarından ideal zəmanət!
21 sentyabr 2015 17:03 (UTC +04:00)

® İdeal mağazalarından ideal zəmanət!

0

Hər zaman müştərilərini maraqlı yeniliklərlə sevindirən İDEAL parfum və kosmetika mağazalarından “100% Satisfaction Guarantee” adlı yenilik.

Bu dəfə mağaza öz müştərilərini İDEAL məmnunluq zəmanəti ilə sevindirir.

Beləki, müştərilərin aldıqları məhsuldan hər zaman məmnun qalmsı İDEAL şirkətində ən çox dəyər verilən və vacib məqamlardan biridir. İndi bu mağazalarda alınan maldan müəyyən səbəblərdən razı qalmayan İDEAL müştəriləri həmin malı 100% məmnunluq zəmanəti ilə geri qaytara biləcək və ödədikləri məbləğin 100%-ni BONUS şəklində əldə edəcəklər.

 

Bunun üçün bir neçə sadə qaydaya riaət etmək lazımdır:

  • Məhsul yalnız İDEAL endirim kartı ilə alınmalıdır.
  • Məhsul alış – veriş günündən etibarən 15 gün ərzində geri qaytarıla bilər.
  • Məhsul yalnız 50%-dən artıq istifadə olunmadığı halda geri qaytarıla bilər.
  • 2 ay ərzində müştəri yalnız 3 məhsulu səbəbini xüsusi təqdim ediləcək blankda qeyd edərək, geri qaytara bilər.
  • Məhsulu geri qaytarmaq üçün müştəri Şəxsiyyət Vəsiqəsini, məhsulun çekini, məhsulu və İDEAL Endirim kartını təqdim etməlidir.
  • Müştəri məhsulu yalnız əldə etdiyi mağazada geri qaytara bilər.
  • Geri qaytarılan məhsul mütləq şəkildə holloqramlı qutusu ilə təqdim edilməlidir. (qablaşdırılma zədələnmiş olsa belə)
  • IDEAL kredit kartı ilə əldə edilən məhsullar geri qaytarılmır.
  • Geri qaytarılan məhsulun məbləği 100% BONUS şəklində müştərinin İDEAL ENdirim kartının balansına yüklənir.
  • Məhsul və/və ya çek saxta olduğu və/və ya təqdim edilən məlumat düzgün, tam olmadığı halda şirkət məhsulu geri qəbul etməkdən imtina edə bilər.

 

Qeyd edək ki, İDEAL parfum və kosmetika mağazalar şəbəkəsi 1999-cu ildən fəaliyyət göstərir. Bu mağazalarda müştərilərə yalnız tam original qulluq, kosmetika və parfum vasitələri təqdim edilir. Şirkət yalnız özünü dünya parfum və kosmetika baarında sübut etmiş brendlərin məhsullarını brendlərdən və ya birbaşa distribyutorlardan əldə edərək, mağazalarında müştərilərə təqdim edir.

Bu addımı atmaqla İDEAL mağazalar şəbəkəsi öz məhsullarının keyfiyyətinə, orijnallığına tam əmin olduğunu bir daha təsdiq edir və müştərilərinə olan etibarını, onlara verdiyi dəyəri bir daha sübut edir.

100% məmnunluq zəmanəti ilə İDEAL hər zaman ən ideal olanı təklif edir!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar