<font color=red>&#174; </font>“OSİ Food Solution Ukraine” McDonaldsın “sirri”ni açdı...
04 iyun 2015 13:07 (UTC +04:00)

® “OSİ Food Solution Ukraine” McDonaldsın “sirri”ni açdı...

Hər kəsin, bəzən tənqid edənlərin belə sevdiyi bir ünvan var- McDonalds. Sizi bilmirəm mənə həmişə nəyin harada necə hazırlanması maraqlı olub. Hətta öz düşüncəmdə istənilən məhsulun istehsal olunduğu müəssisə haqqında bir təsəvvür da yaratmışam dəfələrlə. Bəzən xoş, bəzən naxoş olub o təəssüratlar bu başqa. Dediyim odur ki, həmin məhsullar qədər McDonalds yeməkləri də maraqlı idi mənə. Harada, necə, hansı şərtlərlə hazırlanır, ölkəyə necə gətirilir, yediyimiz, həm də haqqında az qala “mif”lər formalaşan məşhur kotletlər... “Min eşitməkdən bir görmək yaxşıdır”, yəqin ki, KİV-lər qədər McDonalds da  bu atalar deyiminə uyğun davrandı. Əks halda “OSİ Food Solution Ukraine” McDonalds kotletlərinin “sirri”ni açmazdı.

 

Mediaya açıq qapı

günü təşkil edən şirkətlə yolumuz Ukraynaya, Kiyevədir. Azərbaycanın bir neçə aparıcı KİV təmsilçiləri, McDonaldsın iki məsul nümayəndəsi, ictimaiyyətlə əlaqələr üzrə departamentinin rəhbəri Anar Bayramov, McDonalds Azərbaycanın keyfiyyətə nəzarət üzrə meneceri Anar Osmanov da səfər müddətində jurnalistlərlə idilər.  

 

Kiyev yaxınlığındakı

Kazyatin şəhərindəyik. McDonaldsın çoxlarına “sirli” gələn kotletlərini hazırlayan zavod bu şəhərdə yerləşir. “OSİ Food Solutions”  holdinqə aid zavodda Azərbaycandan olan media mənsublarını zavodun direktoru Aleksandr Çernovil qarşıladı. “Uzun müddət birgə çalışmağın yolu isə qarşılıqlı inam və  şəffaf münasibətlərdən keçir”. O eyni zamanda bildirdi ki, zavod dünyanın müxtəlif ölkələrində fəaliyyətdə olan McDonalds restoranları üçün məhsullar kotiletlər hazırlayır. Bu ölkələr arasında vətəndaşının nəylə qidalanacağına son dərəcə həssas olan Polşa, İtaliya, Almaniya kimi ölkələr də var.

 

“OSİ Food Solution” Holdinqə

gəlincə. Diqqətinizə bir məlumatı çatdırmaq yerinə düşərdi. Müəssisə McDonaldsla 1955-ci ildən çalışır. Azərbaycana göndərilən məhsullara gəlincə, bu məhsullar 2003-cü ildən holdinqin yerli nümayəndəliyində, “OSİ Food Solution Ukraine” də istehsal olunur.  Aleksandr Çernovilin bildirdiyinə görə  McDonaldsa göndərilən ət yarımfabrikatlarının keyfiyyəti hər il müəssisəni ərzaq təhlükəsizliyi tələblərinə uyğun olaraq yoxlayan  müstəqil beynəlxalq audit şirkəti EFSİS (Avropa Qida Təhlükəsizliyi üzrə Yoxlama Xidməti) tərəfindən təsdiqlənir. Onu da qeyd edək ki, “OSİ Food Solution Ukraine” Azərbaycan üçün roll çizburger, qamburger, dabl çizburger, bif rul üçün kotletlər hazırlayır.

 

Zavod götüntüləri, söhbətdən görüntülər

Həmişə hazırlanması peşə sirri sayılan məhsullara maraq böyük olur. O üzdən bu qısa tanışlıq söhbətindən sonra məhşur kotiletlərin hazırlandığı müəssisəyə girişə hazırlaşırıq.

 

Təhlükəsizlik qaydaları

Müəssisə üçün zavodda istehsal olunan məhsulun keyfiyyəti qədər önəmlidir. O üzdən ilk mərhələdən burada keçdik. İlk öncə hər hansı infeksion xəstəliyimizin olub olmadığını öyrəndilər. Çünki ən adi bir virusa yoluxmuş şəxs belə müəssisəyə daxil ola bilməz. Buna əmin olduqdan sonra. Müəssisəyə daxil olacaq jurnalistləri təhlükəsizlik qaydaları il tanış edirlər. İlk öncə üzərimizdəki bütün metal əşyaları, hətta xırda bəzək əşyasını belə çıxarmaq tələbi bildirildi. Daha sonra KİV təmsilçiləri qadınlar və kişilər üçün nəzərdə tutulan bölmələrdə hava şəraitinə uyğun olaraq geyimlə təmin olundular. Qalın gödəkcələr, gigiyenik qaydalara uyğun olaraq, konbinizon, ağızlıq, baxer. Daha sonra rezin ayaqqabılar.

 

İlk qapı birbaşa istehsal müəssisəsinə açılmır. Bura müəssisəyə daxil olmaq üçün ikinci təhlükəsizlik otağı da demək mümkündür. Çünki burada ayağa geyinilən rezin çəkmələrin altı təkrar xüsusi gigiyenik mayeli, elektron süpürgə ilə təmizlənir. Əllər xüsusi maddə ilə yuyulur. Yeri gəlmişkən əllər yuyulduqdan sonra kranın vintili əllə deyil, dirsəklərlə bağlanmalıdır. Daha sonra əllər spirtlə yuyulur. Beləcə müəssisəyə daxil olmağa hazırıq.

 

Haşiyə:

Yeri gəlmişkən deyək ki, əlinizdə hazır tutub yediyiniz ətlər kəsilmiş malın istənilən hissəsindən alınmır. Bunun üçün peşəkar sirlər var. Belə ki, heyvanların hər biri əllə kəsilmiş olmalıdır. Bundan başqa onlar 24 aylıq, yəni iki yaşından böyük ola bilməzlər. Hələ bu da son deyil. Dadlı kotletin alınması üçün daha bir şərt ətin heyvanın on və arxa hissələrindən, qabırğaüstü ətdən götürülməlidir. Eyni zamanda ətin sümükdən ayrılması prosesi də elektronlaşdırılmış qaydada həyata keçirilə bilməz. Bütün ətlər sümükdən əllə ayrılır. Müəssisə əti dondurulmuş formada alır və hazlıq mərhələsinə keçməzdən əvvəl təkrar daxili baytarlıq nəzarətindən keçirir.

 

Ətin 80%-i

“OSİ Food Solution Ukraine”nın necə deyərlər iki addımlığından alınır. Yəni zavodun yaxınlığında yerləşən Kozatin ət kombinatından. Onu da xatırladaq ki, bu müəssisə sovetlər dönəmində ölkəni ətlə təmin edən ən böyük istehsal müəssisələrindən biri sayılırdı. Yerdə qalan 20% ət məhsulu isə Latviyadan alınır. Həmin məhsullar da eyni standartla kəsilir hazırlanır və müəssisədə təkrar baytarlıq müayinəsindən keçirilir. Alınmış ətlərin yararlılığına tam əminlik var. Deməli artıq istehsala başlamaq da olar. Dediyim odur ki, indi o mərhələyə çatırıq.

 

Dondurulmuş ətlər

Xüsusi maşınlar tərəfindən çəkilir. Çəkilmiş ətin böyük qablara doldurulması mərhələsində müşahidə elədiyimiz maraqlı bir maqam daha. Bu həm də McDonalds kotletlərinin yumşaqlığının əsas səbəblərindən biridir. Kənara qoyulmuş xırda qutuya ət maşının özünün seçib ayırdığı damarlar toplanır. Yəni 100%-lik ətdən hazırlanan məhsul məhz budur.

 

100% təmiz ətlər

növbəti cihaza ötürülür. Bu qurguda artıq sevimli kotletlər hazırlanır. Hazırlanma prosesinə əllə  hansısa müdaxilə edilməsinə icazə verilmir. Yalnız bir halda müdaxilə ola bilər. Əgər kotlet standarta uyğun deyilsə.  Əməkdaş onu bir neçə saniyəyə növbəti mərhələyə göndərilən məhsulun arasından götürür.

 

Haşiyə: Yeri gəlmişkən onu da qeyd edək ki, müəssisədə hazırlanan yarımfabrikatlara heç bir ədəva və soğan vurulmur. Yalnız Bif roll üçün hazırlanan kotletlərə az miqdarda soğan və ədəva vurulur.

 

Müəssisədə daha maraqlı bir proses McDonald kotiletlərinin dondurulmaya göndərilməsi mərhələsidir. Yenə də əl toxunmadan həyata keçirilən bu prosesində kotletlər 12-24 dəqiqə ərzində, 32-42 dərəcə arasında dondurulur. Mütəxəssislər hesab edirlər ki, bu qaydada donma ətin təbii dadının və keyfiyyətinin saxlanmasına kömək edir.  Nəzərə alınsa ki, proses metaldan hazırlanmış texniki qurğular vasitəsilə həyata keçirildiyinə görə, istehsal prosesinin sonunda bütün məhsullar metal detektorundan keçir.

 

Əgər təsadüfən ətin metal qırıntısı varsa

Təcili qurğunun təhlükəsizlik siqnalı işə düşür. Və məhsul qabşaldırmadan dərhal kənarlaşdırılır.

 

Jurnalistlərin bu qədər diqqətli və ehtiyatlı olmaya az da olsa şübhə ehtimalı tam aradan qaldırmaq üçün zavodun mütəxəssisi kotletlərdən birinin üzərinə test üçün nəzərdə tutulan xırda metalı yapışdırdı. Dərhal səslənən siqnalla həmin məhsul atomatik qaydada qablaşdırılmadan kənarlaşdırıldı.

 

Qablaşdırma görülən işdə son mərhələ deyil. Çünki “OSİ Food Solution Ukraine” məhsulu ünvanına çatdırana qədər məsuliyyət daşıyır.  Artıq qabşaldırılmış məhsulun yığıldığı qutuların üzərində məhsulun hansı malın ətindən hazırlandığına dair göstəricilər vurulur. Dana ətinin hansı kombinatdan daxil olduğu, yaşı, nə zaman kəsildiyi, nə ilə qidalandığına qədər bütün məlumatlar məhsul qablaşdırılmış qutuların üzərində vurulur. Bu sifarişçi qədər müəssisənin özünə də vacib olan məlumatlardır. Belə ki, xırda bir fövqəladə hal yaranmış olarsa məhsula dair detallı məlumat necə deyərlər əl altında olur. 

 

Zavod mütəxəssisləri bildirirlər ki, hazırlanmış yarımfabrikat məhsulları ünvanına daşıyan maşınlardakı soyuducu qurğularda temperatur mənfi 18-25 dərəcə arasında olmalıdır. Hər avtomobilə əlavə olaraq xüsusi nəzarət cihazı yerləşdirilir. Həmin cihazlar məhsulun unvanına çatana qədər nəzarətdə saxlayır. Göstərici mənfi  15 dərəcəyə düşdüyü halda məhsul heç bir halda restorana daxil ola bilməz.

 

Beləcə McDonalds məhsullarının keyfiyyətindən əmin olduq. Amma təkcə bu olmadı. Bu ölkəyə, Ukraynaya ilk səfəri idi bəzi həmkarlarımızın. Elə mənim də. O üzdən Ukrayna mətbəxi, Kiyevdə maraqlı tarixi abidələrlə tanışlıq, insanların isti, xoş münasibətlərini görmək də ayrıca xoş təəssürat yaratdı.

 

Və bu səfərdə özüm üçün daha vacib bir məsələni öyrəndim. Özünü qəbul etdirməyin yolunun nədən keçdiyini. Özünü sevdirməyin, qəbul etdirməyin cəmi bircə yolu var: Gördüyün işi adamlara beləcə aydın, detallı anladacaqsan, McDonals kimi... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar