Kolleclərin qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat başladı
20 may 2016 13:03 (UTC +04:00)

Kolleclərin qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat başladı

0

 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat başlanır

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumaat görə, bu ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər ümumi qaydada “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra mayın 20‑dən iyunun 2-dək eservices.tqdk.gov.az/erizetex/qabiliyyet internet səhifəsinə daxil olaraq seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər.

 

Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 9-dan 13-dək qabiliyyət imtahanında iştirak edirlər.
   
Bildirək ki, bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanında iştirak etmirlər. 


İxtisas seçimi zamanı abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar