37 dərəcə isti olacaq
17 iyun 2015 12:54 (UTC +04:00)

37 dərəcə isti olacaq

İyunun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.      

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 28-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 32-37 dərəcə, dağlıq rayonlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Fərizə Əhmədova

Oxşar yazılar