Təhsil Nazirliyi 2014-cü il və 2015-ci ilin 4 ayı ərzində lisenziya verilmiş və lisenziya müddəti uzadılmış təhsil müəssisələri haqqında məlumat açıqlayıb.
Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna verilmiş cavaba görə, həmin müddət ərzində 19 məktəbəqədər, 4 ümumtəhsil, 2 əlavə və 1 ilk peşə-ixtisas təhsili müəssisəsinə xüsusi razılıq (lisenziya) verilib.
7 təhsil müəssisəsinə verilmiş lisenziyanın müddəti isə uzadılıb. Onlardan 2-si ali təhsil, 3-ü məktəbəqədər və 2-si ümumttəhsil müəssisəsidir.