Millət vəkili  türk gəncliyinə səsləndi
24 oktyabr 2017 13:55 (UTC +04:00)

Millət vəkili türk gəncliyinə səsləndi

Millət vəkili Qənirə Paşayeva Erciyes Unversitetində "Türk Dünyasının gələcəyində gənclərin rolu" adlı konfrans verib. Lent.az-ın məlumatına görə, konfransda gənclərlə bərabər çox sayda ziyalılar, müəllimlər də iştirak edib. 

 

Türk dünyasının güclənməsini istəməyən güclərin yaratdığı problemlər barədə geniş məlumatlar verən millət vəkili Qarabağ, Axıska, Kərkük, Bayırbucaq, Təlafər, Türkməndağı, Kırım da daxil olmaqla yaşadığımız acılardan danışıb və bunlar hamısı bizim ortaq acılarımızdır deyib.

 

Q. Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. 

 

Millət vəkili bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

 

Konfransın sonunda Erciyes Universitetinin rəhbərliyi millət vəkili Q. Paşayevaya gənclərin daha geniş maariflənməsinə xidmət edən konfrans üçün təşəkkürlərini bildiriblər və onu təkrar yaxın zamanlarda universitetdə yeni bir konfrans da verməyə dəvət ediblər və bu istiqamətdə xidmətlərindən dolayı təşəkkür plaketi təqdim ediblər. 

 

Q. Paşayeva konfransdan sonra fəal gənclər və gənclər təşkilatları, Kayserinin bir sıra QHT təkilatları, siyasətçiləri, ictimai xadimləri ilə də görüşüb, geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar