Tovuzda Çanaqqala zəfəri və Novruz bayramı qeyd olunub
20 mart 2016 10:45 (UTC +04:00)

Tovuzda Çanaqqala zəfəri və Novruz bayramı qeyd olunub

Tovuzda Çanaqqala zəfərinin 101-ci ildönümü və Novruz bayramı qeyd olunub. Lent.az xəbər verir ki, Yunus Emre İnstitutu, Türkiyə Cumhuriyyəti Böyükelçiliyi və Kültür Müşavirliyi, TİKA və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Tovuz rayon icra hakimiyyətinin birlikdə keçirdiyi tədbrdə çıxış edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov əhalini Novruz bayramı münasibəti ilə təbrik edib və qardaş Türkiyədə terror nəticəsində həyatını itirmiş insanlara Allahdan rəhmət diləyib və Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir deyib.
 
Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu deyən millət vəkili Q.Paşayeva şəhidlərimizə Allahdan rəhmət diləyir, terroru və arxasında duranları isə lənətləyirik deyib. O, biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə buna nail olacağıq deyib.
 
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da düşmana da çox önəmli məsaj oldu bunun üçün dövlət başçımıza təşəkkür edirik deyib. Canakkale zeferinin 101-cü ildönümüdür və biz birlikdə burada dədələrimizin yazdığı şərəfli tarixin də 101-cü ildönümünü birlikdə qeyd edirik deyən Qənirə Paşayeva gəncləri Çanakkale zəfəri ilə dünya tarixinə imza atan dədələrimizin qəhrəmanlıq yolundan örnək götürməyə çağırıb. Bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə hər iki gözəl bayramımızı burada ön cəbhə bölgəmizdə birlikdə qeyd etməmiz çox önəmlidir və eyni zamanda dosta da düşmana da bir məsajdır deyən millət vəkili Qənirə Paşayeva torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb və qeyd edib ki, Ali Baş komandan İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz geçməyəcəyik. Əgər Ermənistan sülh yolu ilə razılaşmasa , Azərbaycan öz süveren hüqundan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək: “Arzu edirəm ki, gələn il Novruz bayramımızı , bu cür bayram tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda ,Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”. Bakı Yunus Emre İnstitutu başqanı İbrahim Yıldırım da çıxış edərək insanlarımızı Canaqqala zaferinin 101-ci ildönümü və Novruz bayramı münasibəti ilə insanlarımızı təbrik edib. Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı geniş danışan İbrahim Yıldırım bu birliyin daha dda möhkəmləndiyini və möhkəmlənəcəyini bildirib və belə bir tədbirin ön cəbhədə keçirilməsinin önəmini vurğulayaraq hər bir insanımıza ən gözəl bayram diləklərini söyləyib. Sonra  Bakı Yunus Emre İnstitutu, Türkiyə Cumhuriyyəti Böyükelçiliyi və Kültür Müşavirliyi və TİKA-nın təşkilatçılığı ilə Azərbaycana gələn “TUBİL” Türk xalq rəqsləri qrupu gözəl konsert proqramı ilə Tovuzlular qarşısında çıxış edib. İnsanlar tərəfindən böyük alqışlarla qarşılanan konsertin sonunda Tovuz rayon icra hakimiiyyəti başçısı Tofiq Zeynalov və millət vəkili Q.Paşayeva sənətçilərə təşəkkür edib və Tovuzun Aşıqlar yurdu olması barədə məlumat verərək Bakı Yunus Emre İnstitutu başqanı İbrahim Yıldırıma saz hədiyyə ediblər. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Oxşar yazılar