(R)AXA MBASK Şəkidə “Yaşıl Gələcək” adlı ekoloji  aksiya keçirdib
09 iyun 2015 10:06 (UTC +04:00)

(R)AXA MBASK Şəkidə “Yaşıl Gələcək” adlı ekoloji aksiya keçirdib

AXA MBASK Sığorta şirkəti, sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Bu dəfə AXA MBASK korporativ sosial məsuliyyət çərçivəsində, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Yaşıl gələcək” adlı ekoloji aksiya keçirib. Bu aksiyanın gedişatı zamanı şirkətin əməkdaşları Aran Bölqəsi filialın  sığorta agentləri ilə birlikdə M.F Axundov adına parkda  50-dən çox Eldar Şamı ağacı əkiblər.

İşlər təcrübəli aqro-texnikin rəhbərliyi altında həyata keçirilib. Bağın əməkdaşları peşəkar təlimat aparıblar. Təlimat zamanı aksiya iştirakçıları ağaclarının düzgün əkilmə qaydaları ilə əyani surətdə tanış olub, zəruri inventar və suvarma üçün su ilə təmin ediblər. 

Qeyd etmək lazımdır ki, aksiyanın əsas məqsədi regionlarda ekoloji mədəniyyət və təhsil sahəsində inkişafına nail olmaq, eləcə də əhalidə ətraf mühitin vəziyyətinə dair şəxsi məsuliyyət hissini formalaşdırmaqdır.

Sığorta bazarının liderlərindən biri olan AXA MBASK, SŞ 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 111
avatar

Oxşar yazılar