Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilmiş buraxılış imtahanlarında 9 və 11-ci sinif şagirdlərinin göstərdikləri nəticələri araşdıracaq.
Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, buraxılış imtahanlarının nəticələri hər bir rayon (şəhər) üzrə təhlil olunacaq. Bundan əlavə, yaranmış vəziyyətin səbəbləri araşdırılacaq və müvafiq təkliflər hazırlanacaq.