6 rayonda səyyar protez-ortopedik bərpa xidməti göstəriləcək
01 may 2015 10:23 (UTC +04:00)

6 rayonda səyyar protez-ortopedik bərpa xidməti göstəriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətini gələn həftə 6 rayonda davam etdirəcək.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada mayın 6-da saat 9:00-dan 12:00-dək Qobustan rayon mərkəzi xəstəxanasında və saat 13:00-dan 18:00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, mayın 7-də saat 9:00-dan 13:00-dək İsmayıllı rayon Tibbi-Sosial Ekspert Komissiyasının və 14:00-dan 18:00-dək Göyçay rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binalarında, mayın 8-də saat 9:00-dan 13:00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və 14:00-dan 18:00-dək Ağsu rayon mərkəzi xəstəxanasında olacaq və əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.

 

Mərkəz tərəfindən səyyar xidmət göstərilməsi nəzərdə tutulan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Həmin insanlar ehtiyac duyduqları  protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri ilə təmin ediləcəklər.

 

Qeyd edək ki, səyyar tibbi-texniki briqada  2013-cü ilin dekabrında yaradılıb və ötən dövrdə 2 min nəfərdən çox şəxsi səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar