[b]60 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib[/b]
15 iyul 2016 11:45 (UTC +04:00)

[b]60 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib[/b]

6 ay ərzində 60 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

 

Lent.az-ın məlumatına görə bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev  2016-cı ilin I yarım il ərzində görülmüş işlərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

 

 

 

Həmçinin qeyd edilib ki, hesabat dövründə Baş İdarə tərəfindən vətəndaşların 5327 müraciətinə baxılıb, həmçinin 146 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 97-i (66%) üzrə cinayət işi başlanıb, 49 (34%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 60 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

 

Verilən məlumatlarda o da bildirilri ki, bu il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında 14 cinayət işi başlanıb.

 

 

 

 

Həmin dövrdə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 15 olmaqla cəmi 21 cinayət işi başlanıb.

 

K. Əliyevin açıqlamasına görə, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Nizam Rza

Oxşar yazılar