2014/2015-ci tədris ilində 57 tələbə köçürülmə adı ilə ortalıqda qalıb.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ötən il ölkə daxilində bir təhsil müəssisəsindən digər təhsil müəssisəsinə köçürmələrin sayı bakalavriat səviyyəsi üzrə 565 nəfər olub, 57 nəfər digər təhsil müəssisəsinə köçürülmə ilə bağlı xaric olunsa da köçürülmə əməliyyatı başa çatdırılmayıb. Bildirək ki, köçürülmənin başa çatdırılmamasına səbəb müvafiq əmrin hesabat alınana qədər sistemə daxil edilməməsi də ola bilər.
Ötən il ölkə daxilində magistratura səviyyəsi üzrə köçürülmə həyata keçirilməyib.
Bundan başqa, 2015-ci ildə digər dövlətlərin ali təhsil müəssisələrindən bakalavriat səviyyəsi üzrə köçürülənlərin sayı 394 nəfər olub. Magistr səviyyəsi üzrə 1 nəfər köçürülüb.