4 şagirdimiz beynəlxalq olimpiadada uğur qazanıb
01 avqust 2016 15:38 (UTC +04:00)

4 şagirdimiz beynəlxalq olimpiadada uğur qazanıb

 

Gürcüstanın paytaxtı Tbilisi şəhərində məktəblilərin 48-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 23-dən avqustun 1-dək keçirilən mötəbər elm yarışmasında Azərbaycanı təmsil edən komanda (4 şagird və 2 nəfər rəhbər) yüksək uğura imza atıb.

 

Belə ki, Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın 11-ci sinif şagirdi Məmmədov Ruslan Xanlar oğlu gümüş, həmin məktəbin 10-cu sinif şagirdi Mirişov Nəriman İrahid oğlu, Şirvan şəhəri 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin 11-ci sinif şagirdi Babayev Hüseyn İlqar oğlu və Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot sinfinin şagirdi Babazadə Ramil Tərlan oğlu bürünc medala layiq görülüblər. Beləliklə, komandamız 1 gümüş və 3 bürünc medal qazanaraq, 100 faizlik nəticə əldə edib.

 

Nəzəri və praktiki turdan ibarət olan kimya olimpiadası 48-ci dəfədir ki, fərqli ölkələrdə keçirilir və dünyanın gənc kimyaçılarının aşkar olunmasında böyük rol oynayır. Bu il olimpiadaya dünyanın 80 ölkəsindən 300-dən çox şagird qatılıb.

 

Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası 20-29 iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçirilib. Həmin olimpiadada şagirdlərimiz 2 bürünc medal qazanıblar. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin və Kimya-biologiya təmayüllü liseyin nəzdində yaradılmış olimpiadalara hazırlıq mərkəzlərinin fəaliyyəti nəticəsində şagirdlərimizin nailiyyətləri bu il daha da yaxşılaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372
avatar

Oxşar yazılar