44 nəfər əlil istirahət mərkəzinə göndərilib
05 avqust 2015 15:05 (UTC +04:00)

44 nəfər əlil istirahət mərkəzinə göndərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qrup əlilliyi olan şəxsi istirahət və sağlamlıq mərkəzinə göndərib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, əlilliyi olan şəxslərdən daha 44 nəfər Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib.Bununla da cari ilin ötən dövründə ƏƏSMN tərəfindən istirahətə göndərilən əlilliyi olan şəxslərin sayı 874 nəfərə çatıb.

Qeyd edək ki, əlilliyi olan şəxslərin istirahəti Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində təşkil edilir. Onlar həmin mərkəzlərə xüsusi ayrılmış nəqliyyat vasitəsilə aparılıb-gətirilir. İstirahət müddətində əlilliyi olan şəxslər üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin həmin şəxslərin fizioterapevtik müalicə prosedurlarına, müalicəvi bədən tərbiyəsinə cəlb olunması və s. tədbirlər də həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

Oxşar yazılar