42 məktəbdə elektron valideyn nəzarət sistemi tətbiq olunur
16 aprel 2016 12:45 (UTC +04:00)

42 məktəbdə elektron valideyn nəzarət sistemi tətbiq olunur


 "Hazırda elektron valideyn nəzarət sistemi 42 məktəbdə tətbiq olunur". Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin elektron və veb məzmunun inkişafı şöbəsinin baş məsləhətçisi Tofiq Sadıxov deyib.

 

T.Sadıxov bildirib ki, bunlardan cəmi 32 məktəbdə SMS gündəlik fəaliyyət göstərir. Valideynlərə övladlarının qiymətləri haqqında məlumat SMS vasitəsilə göndərilir. Bu xidmət ödənişlidir.

 

 

T. Sadıxov deyib ki, hazırda elektron dərslik portalında 131 elektron kitab yerləşdirilib: "Onlardan 120 ədədi dərslik, 11 ədədi isə müəllimlər üçün metodik vəsaitdir. Elektron dərslik saytına I, II, III, IV, VI-VII və VIII siniflərin dərsliyi yerləşdirilib".

 

T.Sadıxov qeyd edib ki, son rəqəmlərə görə, elektron dərslik portalından istifadə üçün 71484 nəfər qeydiyyatdan keçib. 773 min nəfərdən çox adam portaldan istifadə edir. İstifadəçilərin sayı Bakı, Gəncə, Naxçıvan, Zaqatala rayonları üzrə üstünlük təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Fərizə Əhmədova

Oxşar yazılar