388 bələdiyyə sədri məsuliyyətə cəlb olunub
26 fevral 2016 12:20 (UTC +04:00)

388 bələdiyyə sədri məsuliyyətə cəlb olunub

0

“Rəsmi məlumatlara əsasən vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub”.

 

APA-nın xəbərinə görə, bu barədə Ombudsmanın illik hesabatında bildirilib.

 

Hesabatda qeyd olunub ki, pozuntulara yol vermiş 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib: “Aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib. Ədliyyə orqanları ilə bağlı 1009 müraciətdə məhkəmə qərarlarının icra edilməməsi və ya uzun müddət icrasız qalması, süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlarla münasibətdə etik davranış qaydalarının pozulması kimi hallar, onlardan 374 müraciətdə isə aliment tələbinə dair qərarların icra edilməməsi göstərilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar