İyunun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah hava əsasən yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 32-37 dərəcə, dağlıq rayonlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacaq.