Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin ilk rübündə 372290 nəfərə aylıq və birdəfəlik sosial müavinət ödənilib.
Lent.az-ın ƏƏSMN-ın saytına istinadən məlumatına görə, müavinət alanlardan 340254 nəfəri (91,4%) aylıq, 32036 nəfər birdəfəlik (8,6%) sosial müavinət alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə müharibə veteranlarına ödənilən aylıq sosial müavinətlərin məbləği bu il 21,6 faiz artıb. Hazırda 52596 nəfər müharibə veteranı həmin aylıq sosial müavinətlə təmin edilir.
Eyni zamanda, hazırda beşdən çox uşağı olan 3033 nəfər qadının 18 yaşına çatmamış 8766 nəfər uşağına 30 manat məbləğində aylıq sosial müavinət ödənilir.
Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən aylıq və birdəfəlik sosial müavinət və kompensasiyaların ödənilməsinə 2,2 milyon manat, yəni 4 %-dək çox vəsait yönəldilib.