İyunun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 28-35 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 31-36 dərəcə, dağlıq rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.