33 dərəcə isti olacaq
21 sentyabr 2015 12:37 (UTC +04:00)

33 dərəcə isti olacaq

Sentyabrın 22-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 26-30 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən  yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 28-33 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Fərizə Əhmədova

Oxşar yazılar