"2015-ci ildən 2016-cı ilin mart ayına kimi 7 təhsil şöbəsi, 5 məktəbdənkənar müəssisə, 74 orta məktəb və 1 peşə məktəbində yoxlama aparılıb". Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin audit şöbəsinin müdir əvəzi Elnur Haciyev deyib. O bildirib ki, yoxlamalar nəticəsində 3 şöbə müdiri tutduğu vəzifədən azad edilib, 4 müdir barəsində isə intizam tənbehi tədbiri görülüb: "Şöbənin 5 əməkdaşı, 3 məktəbdənkənar müəssisənin və 32 orta məktəbin direktoru tutduğu vəzifədən azad olunub. Şöbənin 27 əməkdaşı və 38 orta məktəb direktoru barəsində digər intizam tənbehi tədbiri görülüb. Peşə məktəbinin direktor əvəzi və baş mühasibi tutduğu vəzifədən azad edilib".
O əlavə edib ki, həmin müddət ərzində 10643,27 manat məbləğin dövlət büdcəsinə bərpası təmin edilib.