32 dərəcə isti olacaq
28 sentyabr 2015 12:46 (UTC +04:00)

32 dərəcə isti olacaq

 

Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20 dərəcə, gündüz 26-30 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.  Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək .

 

Havanın temperaturu Aran rayonlarında gecə 14-19, gündüz 27-32 dərəcə, dağlıq rayonlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196

Oxşar yazılar