İyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 31-36 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.