2 turizm obyekti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib
26 sentyabr 2014 11:58 (UTC +04:00)

2 turizm obyekti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib

 

 

“İki turizm obyektinin lisenziyası dayandırılıb, iki müəssisə haqqında hüquq-mühafizə orqanlarına müraciət edilib”. Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Ümumdünya Turizm Gününə həsr edilmiş konfransda deyib. O bildirib ki, yayda keçirilən monitorinqlər zamanı bəzi turizm obyektlərində müştərilərə səviyyəli xidmət göstərilmədiyi aşkarlanıb: “Bir neçə turizm obyektində sanitar-gigiyenik qaydalara riayət olunmurdu, ona görə də biz həmin obyektlərin sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmişik”.

 

Nazir onu da qeyd edib ki, turizm müəssisələrində növbəti monitorinqlər oktyabr-noyabr aylarında keçiriləcək: “Biz turizmin inkişafı üçün bu sahədə fəaliyyət göstərən təşkilatlara kömək etmək istəyirik, onlara məsləhətlər veririk. Amma bəziləri bizim tövsiyələrimizi ciddi qəbul etmirlər. Ona görə də etiraf etməliyik ki, hər yerdə bizim istədiyimiz vəziyyət yoxdur. Bizim qaydalara riayət etməyən obyektlərlə mübarizəmiz davam edəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1001
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar