Bu ilin 6 ayı ərzində Azərbaycan korrupsiya hüquq pozmaları ilə bağlı axtarışa verilmiş 9 vəzifəli şəxs həbs edilib.
Lent.az-ın xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib. K.Əliyev bildirib ki, hazırda 41 vəzifəli şəxs axtarışdadır. Onlardan 12-i ölkə daxilində axtarılır. 29 nəfəri isə beynəlxalq axtarışa verilib.