<b>Sabah 28 dərəcə isti olacaq </b>- <span style="color:red;">PROQNOZ
19 aprel 2016 12:46 (UTC +04:00)

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 20-də Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, cənub-qərb küləyi gündüz arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə  10-14  dərəcə, gündüz  21-26 dərəcə isti, Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman, qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.     

 

Havanın temperaturu Aran rayonlarında gecə 9-14 dərəcə isti,  gündüz 23-28 dərəcə isti, dağlıq rayonlarda gecə 4-9 dərəcə,  gündüz  18-23 dərəcə isti olacaq.

 

Aprelin 20-də Abşeron yarımadasında meteroloji amillərin normal sutkalıq gedişi meterohəssas insanlar üçün əlverişli olsa da, aprelin 21-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən giləvar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar