Səhiyyə Nazirliyindən günvurma<span style="color:red;"> XƏBƏRDARLIĞI
09 iyul 2015 16:18 (UTC +04:00)

Səhiyyə Nazirliyindən günvurma XƏBƏRDARLIĞI

Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından etibarən bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə müraciət edənlərin sayı 26 nəfər olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, günvurma şikayəti ilə müraciət etmiş şəxslərdən 8-nə orta dərəcəli günvurma diaqnozu qoyulub və stasionara yerləşdirilib. Müraciət edənlərin hər birinə lazımi tibbi yarım göstərilərək evlərinə buraxılıblar.

 

Vətəndaşlara günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət görülür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar