Mayın 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12 -16 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi , lakin axşam və gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 11-16 , gündüz 27-31 dərəcə, dağlıq rayonlarda gecə 8-13 , gündüz 18-23 dərəcə isti olacaq.