25 ildə dünyada kasıbların sayı iki dəfə azalıb
Kasıblıq həddində yaşayan (gününə 1.25 dollar düşən) insanların sayı 1.9 milyard nəfərdən 836 milyona düşməklə iki dəfədən çox azalıb. Musavat.com-un məlumatına görə, bu barədə “Thomson Reuters Foundation” Xeyriyyə Fondunun saytındakı informasiyada deyilir. Təşkilatın arayışı BMT-nin “Minilliyin bəyannaməsi”nin yerinə yetirilməsi haqda məruzəyə həsr olunub.
“Biz indi bilirik ki, kasıblıq həddini bir nəsil ərzində aradan qaldırmaq olar” – bildirib baş katib Pan Gi Mun.
Hesabatda deyilir ki, hərbi konfliktlər bəşəriyyətin inkişafı yolunda əsas əngəl olaraq qalır. Bundan əlavə, BMT ekspertləri qadınların davam edən diskriminasiyasını və SPİD-lə mübarizəni də əsas problemlər kimi qeyd edirlər.
232