<b>Temperatur 26 dərəcəyə qalxacaq</b>
17 aprel 2017 12:35 (UTC +04:00)

Temperatur 26 dərəcəyə qalxacaq

0

 

Aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bəzi yerlərdə zəif duman olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah mülayim cənub küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 8-12°, gündüz 18-23°, Bakıda gecə 9-11°, gündüz 20-22° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək.  Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar