1990-cı ilin 20 Yanvarhadisələrinin 26-cı ildönümü ilə bağlı UBM Group qətlə yetirilən günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq sosial şəbəkələrdə aksiya keçirir. Layihə korporativ sosial məsuliyyət proqramı çərçivəsində, tarixi həqiqətlərin dünyaya çatdırılması məqsədi daşıyır.
APA-nın xəbərinə görə, Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrində “Remember victims of 20 January”, “20 Yanvar şəhidlərini unutma!” adlı səhifə yaradılıb, təbliğat kampaniyasına start verilib.
Bunun üçün şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifədə yerləşdirilib. Bu təbliğat materialları 5 dildə - İngilis, Fransız, Alman, Rus və Azərbaycan dillərində hazırlanıb.
Hər bir azərbaycanlı bu işdə fəal iştiraka dəvət olunub.
Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün bu linklərdən istifadə etmək tövsiyə edilib:
https://www.facebook.com/Remember-victims-of-20-January-1674115446181140/
https://www.instagram.com/remember_victims_of_20_january/
https://twitter.com/20_January_
https://www.facebook.com/Remember-victims-of-20-January-1674115446181140/
https://www.youtube.com/channel/UCwKa3w-dYd9s3XTWn0TOO3w
Qeyd olunub ki, UBM Group-Azərbaycanda olduğu kimi, onun sərhədlərindən kənarda da UBM Group layihələrin idarə edilməsi, kommunikasiya xidmətlərinin göstərilməsi, marketinq, dizayn, layihə menecmenti, imicin formalaşdırılması, tədbirlərin təşkili, media ilə iş, bütün növ reklamlar, merçendayzinq, veb-səhifələrin və sosial şəbəkələrin yaradılması, idarə edilməsi, monitorinqi və təhlili sahəsində uğurla fəaliyyət göstərir. Ölkədə ən böyük imkanlar bazaya malik olmaqla, UBM Group qarşıya qoyulan tapşırığın qısa müddətdə və ən yüksək səviyyədə, optimal, dəqiq və səmərəli yerinə yetirilməsini təmin edir. Bakı 2015, Birinci Avropa Oyunlarının tərəfdaşı və bir sıra xidmətlərin göstərilməsində Oyunların eksklüziv təchizatçısı olan UBM Group haqqında daha ətraflı www.ubmg.az veb səhifəsindən əldə etmək olar.