Yağış yağacaq -<span style="color:red;"> 20 Yanvarın havası
19 yanvar 2016 12:32 (UTC +04:00)

Yağış yağacaq - 20 Yanvarın havası

 

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  arabir tutulacağı,  gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Axşam isə yağış yağacağı ehtimalı var, mülayim şimal-qərb küləyi gündüz güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-7dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

 

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2-7 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.

 

Yanvarın 20-də Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi, xəzri küləyinin güclənilməsi gözlənilir ki, bu da meeohəssas insanlar üçün əsasən əlverişsiz olsa da  sonrakı iki gündə meteoloji amillərin zəif və mülayim tərəddüdü müsbət amildir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Fərizə Əhmədova

Oxşar yazılar