20 nömrəli məktəb belə olacaq - <span style="color:red;">GÖRÜNTÜLƏR
09 iyun 2015 17:17 (UTC +04:00)

20 nömrəli məktəb belə olacaq - GÖRÜNTÜLƏR

0

20 nömrəli məktəb-liseyin eskiz layihəsinə uyğun olaraq inşa olunan binasının görüntüləri təqdim edilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 20 nömrəli məktəb-lisey Bakı şəhərinin əhalinin ən sıx məskunlaşdığı ərazisində yerləşdiyinə görə təhsil müəssisəsinin yeni tikilən binasının müasir tələblərə uyğun inşa olunması nəzərdə tutulub.

3000 şagird yerlik layihələndirilmiş və 25000 kvadratmetr sahəsi olacaq yeni məktəbin 2016-2017-cı tədris ili üçün istifadəyə verilməsi planlaşdırılır. Məktəb-liseyin eskiz layihəsi və digər müvafiq sənədləri Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq edilib.

Qeyd edək ki, 20 nömrəli  tədris ocağında 111 sinifdə 2830 şagird təhsil alır. Əvvəlki dövrlərdə isə məktəb-liseydə 3200 nəfərədək şagird oxuyub. Məktəbdə çalışan 289 müəllimdən 5-i əməkdar müəllim, 5-i ilin müəllimi, 3-ü elmlər namizədidir.

Hazırda paytaxtın digər 2 məktəbində müvəqqəti yerləşdirilmiş 20 nömrəli məktəb-liseydə elektron təhsil müəssisəsi kimi bir sıra innovasiyayönümlü layihələr gerçəkləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar