2016-cı ilin büdcə zərfi oktyabrın 13-də müzakirəyə çıxarılacaq
22 sentyabr 2015 13:54 (UTC +04:00)

2016-cı ilin büdcə zərfi oktyabrın 13-də müzakirəyə çıxarılacaq

0
Azərbaycanın 2016-cı il üzrə büdcə zərfinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaçağı tarix məlum olub.

 

Parlamentdən APA-ya verilən məlumata görə, büdcə zərfi oktyabrın 13-ü və 14-də Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq.

 

Buna qədər isə büdcə zərfi parlamentin komitələrinin müzakirəsindən keçəcək.

 

Büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2016-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2016-ci il üçün xərclər smetaları daxildir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar