1808 məktəbin təmirə ehtiyacı var
15 aprel 2016 15:21 (UTC +04:00)

1808 məktəbin təmirə ehtiyacı var


"2013-2015-ci illər ərzində 2923 məktəb, əlavə korpus inşa edilib və əsaslı təmir olunub. Eyni zamanda Təhsil Nazirliyinin sifarişi ilə 793 məktəb, Heydər Əliyev Fondunun xətti ilə 412, digər mənbələr hesabına isə 1792 məktəb tikilib". Lent.az-ın məlumatına görə bunu Təhsil Nazirliyinin Əsaslı-tikinti və Təchizat İdarəsi Satınalmalar şöbəsinin müdiri Elman Əzimov deyib.

 

Onun sözlərinə görə, dövlət investisiya proqramında respublika üzrə 40-a yaxın tədris müəssisəsində təmir-tikinti işlərinin davam etdirilməsi nəzərdə tutulub: "Ölkədə hələ də 1808-ə yaxın  məktəbdə istiliklə təchizat, təmir-bərpa işləri aparılmalı və ya əsaslı təmir işləri görülməlidir. Belə məktəblərin sayı çoxdur".

 

 

E. Əzimov bildirib ki, 2013-cü ilin statistikasına görə, 100-ə yaxın məktəbdə şagirdlərin sayı 30-a qədər, 250-yə qədər məktəbdə şagirdlərin sayı 50-yə qədərdir, 650 məktəbdə şagirdlərin sayı 51 nəfərdən 100 nəfərə kimdir. Kənd  yerlərində şagird tutumu orta hesabla 20 nəfərlə deyil, 12 nəfərlə hesablanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Fərizə Əhmədova

Oxşar yazılar