Mayın 24-də 15224 məzun imtahan verəcək
22 may 2015 10:46 (UTC +04:00)

Mayın 24-də 15224 məzun imtahan verəcək

 

Mayın  24-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.


TQDK-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda 15224 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 12785 nəfəri I qrup üzrə, 2439 nəfəri IV qrup üzrə imtahan verəcək. 


Abituriyentlərdən 14424 nəfəri (I qrup üzrə 12126 nəfər, IV qrup üzrə 2298 nəfər) Azərbaycan bölməsinin, 800nəfəri (I qrup üzrə 659 nəfər, IV qrup üzrə 141 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9264 nəfəri (I qrup üzrə 8179 nəfər, IV qrup üzrə 1085 nəfər) oğlanlar, 5960 nəfəri (I qrup üzrə 4606 nəfər, IV qrup üzrə 1354 nəfər) isə qızlardır. 

 

13338 nəfər orta ümumtəhsil məktəblərinin, 226 nəfər ali təhsil müəssisələrinin, 1660 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 38 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənci isə 1998-ci ildəndir. 

Bakı şəhərində 7514, Naxçıvanda 801, Gəncədə 1808, Sumqayıtda 1272, Mingəçevirdə 531, Şəkidə 581, Ağcabədidə 406, Göyçayda 549, Şirvanda 445, Lənkəranda 744, Xaçmazda isə 573 abituriyentin imtahan verəcəyi gözlənilir. 

İmtahanların idarə olunmasına 106 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1271 nəzarətçi-müəllim cəlb olunacaq. 

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar