Aprelin 18-dən 21-dək Malayziyanın Kuala Lumpur şəhərində “DSA-2015” 15-ci Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı keçiriləcək. Lent.az-ın Müdafiə Nazirliyi Sənayesi Nazirliyinin saytına istinadən məlumatına görə, sərgidə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məmulatların nümayişi məqsədilə müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.
Dünyanın 60 ölkəsindən 1200-dən çox şirkətin iştirakı nəzərdə tutulan sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcəkdir.
Dörd gün davam edəcək sərgi çərçivəsində nazir Yavər Camalovun Malayziyanın və sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.