123 nömrəli avtobusun hərəkət sxemi dəyişdirilir
17 aprel 2017 18:17 (UTC +04:00)

123 nömrəli avtobusun hərəkət sxemi dəyişdirilir

0

Aprelin 18-dən 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq qismən dəyişdiriləcək.

 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, buna səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. Dəyişikliyə əsasən təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır və Binəqədi şossesindən keçməklə hərəkət edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1269

Oxşar yazılar