<b>11-ci siniflər üçün monitorinq imtahanları başlayıb</b>
13 aprel 2016 11:34 (UTC +04:00)

11-ci siniflər üçün monitorinq imtahanları başlayıb

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 13, 14, 15 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alanlar üçün Ana dili, riyaziyyat və fizika fənlərindən monitorinq imtahanı keçirəcək.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinq imtahanlarının keçirilməsi üçün Bakı və Sumqayıt şəhərlərində Azərbaycan dili fənnindən 194 məktəb üzrə 12512, riyaziyyat fənnindən 191 məktəb üzrə 12510, fizika fənnindən 260 məktəb üzrə 16003 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanacaq. İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən isə 1 saatdır.

 

Qeyd edək ki, monitorinq imtahanları regionlarda (Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Biləsuvar, Salyan, Lənkəran, Quba, Qusar, Xaçmaz, Babək, Culfa) 18 və 19 aprel tarixlərində aparılacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241
avatar

Oxşar yazılar