100 nəfər müharibə əlilinə minik avtomobili verilib
18 sentyabr 2015 12:58 (UTC +04:00)

100 nəfər müharibə əlilinə minik avtomobili verilib

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ildə növbəyə dayanan daha 100 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobilləri təqdim olunub.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 7 nəfəri Böyük Vətən müharibəsi və 58 nəfəri Qarabağ müharibəsi əlili, digərləri 20 Yanvar, Çernobıl AES əlilləri və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.

 

ƏƏSMN tərəfindən ötən il ərzində 2014-cü ilədək növbəyə dayanan bütün müharibə əlilləri və onlara bərabər tutulan şəxslər “Naz-LİFAN” markalı minik avtomobili ilə tam təmin olunublar. Eyni zamanda 2014-cü ilin mart ayınadək növbəyə dayananlara da artıq minik avtomobilləri verilib.

Xidmət rəisi Çingiz Əliyev bildirib ki, respublikanın bölgələrində 375 fərdi evin tikintisi həyata keçirilib və inşası başa çatmış evlərin istifadəyə verilməsinə başlanılıb.

Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Həmçinin əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlil şəxslərə sosial müavinətdən əlavə Prezident təqaüdünün verilməsinə, müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar