Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2. 17 saylı yataqxanada yaşayan sakinlər yataqxananın bərbad vəziyyətdə olmasından şikayətçidir.
Lent.az “qafqazinfo”ya istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, yataqxana 2 mərtəbə olmaqla keçən əsrin əvvələrindən tikilib və orada 30-u ailə, qaçqın məcburi köçkün və yerli sakinlər olmaqla 100 nəfərdən çox vətəndaş yaşayır: “Bina qəzalı vəziyyətdədir, divarlarda çatlar əmələ gəlib, kanalizasiya, su xəttləri sıradan çıxıb. Yataqxananın içərisində antisanitariya hökm sürür. Çat əmələ gələn divarlarda hər an uçma təhlükəsi var. Özümüz və körpə övladlarımız həyacan vəziyyətində yaşayırıq. Burada yaşayan insanlar arasında infeksiyon xəstəliklər yayılıb”.
Sakinlər qeyd edib ki, yataqxana Bakı Şəhər İcra Hakimiyyətinin balasındadır, lakin Sabunçu Rayonu İcra Hakimiyyətinin yaşayış ərazisinə daxildir: “Nə Bakı Şəhəri İcra Hakimiyyəti nə də ki Sabunçu Rayonu İcra hakimiyyəti problemlə maraqlanır. Dəfələrlə müraciət etmişik. Lakin heç bir nəticəsi olmayıb”.