Vüqar Səfərli də ƏFV istəyir
23 aprel 2024 14:09 (UTC +04:00)

Vüqar Səfərli də ƏFV istəyir

28 May - Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir.

Lent.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bir neçə il əvvəl korrupsiya cinayətlərinə görə məhkum edilmiş bir sıra məmurlar da bağışlanmaq istəyir.

Belə ki, əfv ərizəsi yazanlar arasında Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Mahir Quliyev, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri olmuş Vüqar Səfərli, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması - İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da var.

Mahir Quliyevin vəkili Ceyhun Yusifov saytımıza bildirib ki, 4 ildir həbsdə olan müvəkkili ağır xəstəlikdən əziyyət çəkir. Xüsusilə bu səbəbdən onun ailəsi tərəfindən də əfv olunması üçün müraciət edilib.

Məlumat üçün bildirək ki, 2021-ci ildə həbs edilən Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum olunub. Mahir Quliyev və Zakir Sultanov isə 2020-ci ildə həbs ediliblər. Eks-icra başçısına 11 il, Xidmət rəisinə isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının üzvləri müraciətlərə baxarkən ağır cinayətdə ittiham olunan şəxslərin cəzasının yarı hissəsini çəkməsi əsas götürülür. Buna baxmayaraq, cəzasının yarısını çəkməyən şəxslər də əfv edilə bilər. Əvvəllər bu cür hallar olub.

Qeyd edək ki, əfv hüququ Prezidentin müstəsna səlahiyyətləri sırasına daxildir.

# 3087
avatar

Oxşar yazılar

Çaylarda suyun səviyyəsi izlənilir

Çaylarda suyun səviyyəsi izlənilir

26 may 2024 , 17:29
İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

26 may 2024 , 17:00
Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

26 may 2024 , 15:46
Üç bürc üçün  pul çay kimi   axacaq – Bu gündən

Üç bürc üçün pul çay kimi axacaq – Bu gündən

26 may 2024 , 14:33
II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

26 may 2024 , 14:30
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17