Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Bakıdakı tıxaclardan danışıb.
Lent.az xəbər verir ki, nazir tıxac problemi barədə DİN-in kollegiya iclasında çıxışında bildirib.
Belə ki, V. Eyvazov aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib.