“Veysəloğlu” MMC uşaqlar üçün xeyriyyə tədbiri keçirib - FOTO
26 mart 2022 13:02 (UTC +04:00)

“Veysəloğlu” MMC uşaqlar üçün xeyriyyə tədbiri keçirib - FOTO

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu” MMC Yeni Ramana qəsəbəsində yerləşən “Nur” uşaq evini ziyarət edərək, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayram şənliyi keçirib.

Tədbirdə uşaqlara şirniyyat hədiyyələri ilə yanaşı, onların yaş kateqoriyalarına uyğun oyuncaqlar da təqdim olunub. Həmçinin uşaqların tibbi ehtiyaclarının qarşılanmasına dəstək göstərilib.

Xeyriyyə tədbirinin həyata keçirilməsinə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabriki, “Xonça-Catering” şirkəti, “AVT Logistika” MMC, həmçinin “Veysəloğlu” MMC-nin distibütor olduğu şirkətlər/markalar (Nestle, Eti, Şölen, Perfetti, Haribo, Sweet Plus, Azgranata, “Sehri” şirələri, “Destgah” çayları) dəstək olublar.

Tədbirin təşəbbüskarı və əsas təşkilatçısı olan “Veysəloğlu” MMC 28 ildir ki, Azərbaycan distribütor bazarında fəaliyyət göstərir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bu şirkət hazırda 4060 çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir.

Hər bayramı xalqımızla birgə qeyd edən Veysəloğlu Şirkətlər Qrupu Novruz ərəfəsində əhalinin həssas qruplarından olan 225 aztəminatlı ailəyə ərzaq dəstəyi göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2350

Oxşar yazılar

Pensiyaçılara ŞAD XƏBƏR:  Pullar vaxtından əvvəl ödəniləcək

Pensiyaçılara ŞAD XƏBƏR: Pullar vaxtından əvvəl ödəniləcək

4 iyun 2025 , 17:57
Xanlar Vəliyev metroda - FOTO

Xanlar Vəliyev metroda - FOTO

4 iyun 2025 , 17:42
6 prokuror HAKİM OLDU

6 prokuror HAKİM OLDU

4 iyun 2025 , 17:40
Leysan, sulu qar, dolu  - Hava XƏBƏRDARLIĞI

Leysan, sulu qar, dolu - Hava XƏBƏRDARLIĞI

4 iyun 2025 , 16:58
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

4 iyun 2025 , 16:44
Bu ayın sonu da 4 gün iş olmayacaq

Bu ayın sonu da 4 gün iş olmayacaq

4 iyun 2025 , 15:01
Əsgər valideynlərinə XƏBƏRDARLIQ:  Qurban bayramında görüşə gəlməyin

Əsgər valideynlərinə XƏBƏRDARLIQ: Qurban bayramında görüşə gəlməyin

4 iyun 2025 , 14:56
Düzgün bağça seçimini necə edək? - Psixoloqdan AÇIQLAMA

Düzgün bağça seçimini necə edək? - Psixoloqdan AÇIQLAMA

4 iyun 2025 , 14:12